Kıvançla arvadı yenə hədələnir

19 Fevral 2022 17:18

Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyü daha öncə də onları hədələyən Sinan Altıntaşı məhkəməyə vermişdilər.

Milli.Az olay-a istinadən xəbər verir ki, proses yekunlaşmasa da, Sinan Altıntaş onları yenidən hədələyib.

"Başak, səni sulfat turşusu ilə yandıracam, ərinə də daraq ( tapança darağı - red.) boşaldacam", deyə, o, bildirib.

Qeyd edək ki, cütlüyün yaxın aylarda övladı dünyaya gələcək.

Milli.Az