Abşeronda 19 yaşlı gənc qızı avtomobil vurub

19 Fevral 2022 08:34

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Kərimova Arzu Hətəm qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az