Bayden ABŞ-ın Ukraynaya qoşun göndərməyəcəyini təsdiqləyib

19 Fevral 2022 08:53

ABŞ Prezidenti Co Bayden münaqişə kəskinləşsə belə Ukraynaya qoşun göndərməyəcəyini təsdiqləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı Ağ Evdə çıxış edən Prezident deyib: "Biz qoşunlarımızı Ukaraynada döyüşmək üçün göndərməyəcəyik. Lakin biz Ukraynanı və onun xalqını dəstəkləməyə davam edəcəyik",-deyə Bayden əlavə edib.

Ağ Evin rəhbəri bildirib ki, ABŞ-ın indiki administrasiyası artıq Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün rekord dəstək verib.

Milli.Az