Çevik Polis Alayının qərargah rəisi yüksək vəzifəyə təyin edildi

18 Fevral 2022 21:00

Çevik Polis Alayının qərargah rəisi, polis polkovniki Elnur Kərimov tutduğu vəzifədən azad edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla bağlı daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb

Əmrə əsasən, o, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.

Milli.Az