Mətanət Əsədova Manafa görə aksiyaya başladı

18 Fevral 2022 18:43

Müğənni Mətanət Əsədovanın həmkarı Manaf Ağayevin 15 gün həbs olunması ilə əlaqədar Daxili İşlər Nazirliyinin qarşısında təkbaşına aksiya keçirdiyi iddia olunur.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Mətanət Əsədova Kult.az-a açıqlamasıda iddialara belə cavab verdib:

"Xahiş edirəm, heç kim mənə zəng etməsin. Özümlə bağlı nəsə baş verdikdə sosial şəbəkə hesabımda paylaşacağam".

DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, yayılan məlumatlar tamamilə yalandır.

Milli.Az