Manaf Ağayev həbs olundu - FOTO

18 Fevral 2022 13:36

Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, onların barələrində protokollar tərtib edilib.

Protokollar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

Milli.Az