"Renka içəri girən kimi məclisi tərk etdim" - Əməkdar artist - VİDEO

18 Fevral 2022 19:48

Əməkdar artist Vasif Məhərrəmli heyvanlara olan münasibətindən danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müğənni "Günün sədası" verilişində deyib:
"Sevmədiyim heyvanlar var. Məsələn, ilan. Bütün sürünən heyvanları sevmirəm. Ondan iyrənirəm, görmək istəmirəm.

Görəndə halım dəyişir. Məsələn, günlərin bir günü məclisdə idik, rəqqasə Renka ora ilanla gəldi. O ilanla içəri girən kimi məclisi tərk etdim. Hər zaman deyirəm ki, ilanı görməkdənsə, məni şir parçalasın. Oyuncaq ilanı da görmək istəmirəm". 

Milli.Az