Məşhur aktrisa nişanlısından ayrıldı

18 Fevral 2022 11:10

Amerikalı məşhur aktrisa-model Şeylin Vudli futbolçu nişanlısı Auron Rocersdən ayrılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə cütlüyün fikir ayrılığı olub.

Qeyd edək ki, aktrisa ötən ilin fevralında Cimmi Fellonun verilişində qonaq olarkən Auronla nişanlandığını bildirmişdi.

Milli.Az