İstanbulun Beyoğlu rayonunda pitbulun sahibi iti mübahisə etdiyi şəxslərin üzərinə qısqırdıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə it iki nəfərə müxtəlif bədən xəsarətləri yetirib.
Ətrafdakı insanlar iti böyük çətinliklə ərazidən uzaqlaşdıra bilib.
Yaralılara təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərilib.
Milli.Az