Türkiyədə daha 258 koronavirus xəstəsi vəfat edib

17 Fevral 2022 22:23

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 258 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "twitter" səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 465 min 563 nəfərin test edildiyi, 92 min 406 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 103 min 988 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Milli.Az