Rusiya ABŞ səfirinin müavinini ölkədən çıxardı

17 Fevral 2022 18:18

Rusiya ABŞ səfirinin müavinini Bart Qormanı ölkədən çıxarıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə RİA Novosti agentliyi diplomatik mənbələrə istinadən bildirib.

Moskvadakı ABŞ səfirliyi rəsmi Vaşinqtonun da bu addıma analoji cavab verəcəyini vurğulayıb.

Milli.Az