"Xəzər Lənkəran" - "Bakı" matçının vaxtı dəyişdi

6 May 2010 13:12
Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən Milli.Az-a bildirilib ki, kubokun final oyunu mayın 23-də təşkil olunacaq.

Qeyd edək ki, əvvəlcədən final matçı mayın 22-ə təyin edilmişdi. Dəyişiklik təşkilati işlərlə əlaqədar edilib.

Onu da qeyd edək ki, kubokun finalında "Xəzər Lənkəran"la "Bakı" qarşılaşacaq. Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az