“Inta Eyh”in ifaçısı azərbaycanlı ilə müqavilə bağladı

17 Fevral 2022 19:12

Dünyaca məşhur livanlı müğənni Nensi Ajram azərbaycanlı müğənni ilə əməkdaşlığa başlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, Türkiyədə də layihələri təqdim olunan Əlişahin adlı gənclə 2 illik müqavilə imzalayıb.

Bu, onların Avropada konsert turundə birgə işbirliyi ilə bağlıdır. Ona görə də, həmyerlimiz bir müddət Londonda yaşamalı olacaq. 

Qeyd edək ki, Nensi Ajram Azərbaycanda "Inta Eyh" mahnısı ilə populyarlaşıb.

Milli.Az