Rusiyada son sutkada 180 622 yoluxma

17 Fevral 2022 19:06

Rusiyada son sutka ərzində daha 180 622 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 14 840 502 nəfərə çatıb.

Son sutka ərzində 790 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 343 173 nəfərə çatıb.

Milli.Az