Moskvada müxalifət mitinq keçirib - YENİLƏNİB

10 Mart 2012 15:48
15:48

Rusiyada prezident seçkilərinin nəticələri ilə razılaşmayan müxalifətin Moskvanın Yeni Arbat küçəsindəki mitinqi başa çatıb. Bu barədə şənbə günü Trend RİA Novosti-yə istinadən məlumat verir.

Təşkilatçılar mitinqdə 50 minədək adamın iştirak edəcəyini gözləyirdi. RF DİN-in Moskva üzrə Baş Komitəsindən verilən məlumata görə, mitinqdə 10 min nəfər olub.

Aksiyaya 4 mart prezidet seçkilərində iştirak edən müşahidəçilər, siyasətçilər, vətəndaş cəmiyyətinin fəalları, jurnalistlər və bloqerlər gəliblər. Onlar səsvermə günü seçki məntəqələrində üzləşdikləri pozuntular və saxtakarlıqlar barədə danışıblar.

Şənbə günü səhər Rusiya DİN-dən bildirmişdilər ki, bəzi vətəndaşlar mitinq başa çatdıqdan sonra təxribat törətməyi, eləcə də magistralları bağlamağı və çadırlar qurmağı planlaşdırırlar.

Qeyd edək ki, müxalifətin martın 5-də Puşkin meydanındakı aksiyası tədbirin başa çatmasından sonra meydanda qalan müxalifətçilərin saxlanması ilə başa çatmışdı. Saxlananlar arasında "Sol cəbhə"nin koordinatoru Sergey Udalsov, bloqer Aleksey Navalnı və "Həmrəylik" hərəkatının həmsədri İlya Yaşin də var idi. Martın 6-na keçən gecə inzibati xətalar barədə protokollar tərtib edildikdən sonra müxalifətçilərin hamısı buraxılıb. İndi onları məhkəmə gözləyir.

----------
14:25


Moskvada Yeni Arbatda müxalifətin mitinqinə artıq 8 minə yaxın adam toplaşıb. Trend-in məlumatına görə, bu barədə RF DİN-in Moskva üzrə Baş Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

"Saat 13:30-da Yeni Arbatda mitinq iştirakçılarının sayı 8 min nəfərə çatıb", - RİA Novosti agentliyinin məlumatında deyilir.

Baş Komitənin mətbuat xidməti mitinq təşkilatçılarından biri Sergey Udaltsovun aksiyaya təqribən 30 minə yaxın adamın toplaşdığı barədə məlumatını təkzib edib.

Təşkilatçılar aksiyada 50 minə yaxın adamın iştirak edəcəyinə ümid edirlər. Hakimiyyət mitinq iştirakçıları üçün Yeni Arbat küçəsinin bir hissəsini və parkın ərazisini ayırıb. Mitinqin saat 16:00-dək davam edəcəyi planlaşdırlır.

Milli.Az