Yaponlar hirslənən və təəəcüblənən uşaq-robot hazırladılar - VİDEO

17 Fevral 2022 14:48

Yaponiyanın "RIKEN Guardian Robot Project" şirkətinin mütəxəssisləri uşaq simasına malik Nickla adlı robot hazırlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, insanın altı əsas duyğusunu əks etdirə bilir.

Robot qəzəb, ikrah, qorxu, kədər, təəccüb və xoşbəxtliyi nümayiş etdirir. Android- uşaq inandırıcı emosiyalar yaratmaq üçün yalançı əzələlərə malikdir. 29 xüsusi pnevmatik ötürücü səssiz hava təzyiqi hesabına işləyir, bunun sayəsində süni əzələlər fəaliyyət göstərir.

Yapon mütəxəssisləri əmindirlər ki, gələcəkdə bu tipli robotlar sosial psixologiya sahəsində, məsələn, xəstəxanalarda yaşlı insanlarla qarşılıqlı əlaqə üçün istifadə olunacaq.

Milli.Az