Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev özünə yeni birinci müavin təyin edib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, icra başçısının müvafiq sərəncamı ilə bu vəzifəyə Leysan Məmmədov gətirilib.
Qeyd edək ki, Leysan Novruz oğlu Məmmədov bundan əvvəl 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər isə Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi çalışıb.
Milli.Az