Zelenski Rusiya Qoşunlarının sərhəddən çəkilmədiyini deyib

17 Fevral 2022 08:58

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya qoşunları sərhəddən geri çəkilməyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hərbçilər hələ rus qoşunlarının geri çəkilməsini müşahidə etməyib.

"Vəziyyət hərbçilərimiz tərəfindən idarə olunur. Hazırda Rusiya qoşunlarının çıxarılması ilə bağlı heç bir hərəkətlilik yoxdur. Bu həftə ərzində kiçik yerdəyişmələr olsa da bunu geriyə çəkilmə adlandırmaq olmaz",-deyə V.Zelenski əlavə edib.

Milli.Az