Türkiyə hərbçiləri 13 terrorçunu məhv etdi

17 Fevral 2022 08:28

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK/YPG-nin növbəti təxrtibatının qarşısını alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xüsusi təyinatlılar bölgədə terror təhlükəsinin aradan qaldırılması üçün növbəti uğurlu əməliyyat keçirib.

"Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat zonalarına hücuma cəhd göstərən 13 silahlı məhv edilib.

Milli.Az