Qvatemalada güclü zəlzələ baş verib

17 Fevral 2022 08:23

Qvatemalada baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ən azı bir nəfər ölüb, bir uşaq yaralanıb, yeddi departamentə ziyan dəyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məlumarı hakimiyyət təmsilçiləri bildirib.

Qeyd olunur ki, zəlzələ yerli vaxtla saat 01:12-də baş verib. Yeraltı təkanların ocağı dənizin dibində 36 kilometr dərinlikdə olub.

Bu arada, qismən zədələnmiş bina və evlərin sayı artmaqda davam edir. Həyatını itirənlərdən əlavə 24 790 insan evsiz qalıb.

Milli.Az