Hulusi Akar NATO Baş katibi ilə görüşüb

16 Fevral 2022 23:50

Türkiyə milli müdafiə naziri Hulusi Akar Brüsseldə NATO baş katibi Yens Stoltenberq ilə görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumat nazirliyin rəsmi internet səhifəsində yayılıb.

Qeyd olunub ki, Y. Stoltenberq türkiyəli naziri ölkəsinin NATO-ya üzvlüyünün 30-cu ildönümü ilə əlaqədar təbrik edib.

Milli.Az