“Oskar” mükafatlarında yeni nominasiya yaradılıb

16 Fevral 2022 21:45

Pandemiya dövründə itirilmiş izləyiciləri yenidən qaytarmaq üçün "Oskar" mükafatlarında "İzləyicinin seçimi" nominasiyası yaradılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu nominasiya üzrə tviter şəbəkəsində ən çox səs toplamış film qalib seçiləcək.

Qalib filmi seçən üç nəfər izləyici qarşıdan gələn "Oskar" mükafatlarının təqdimetmə mərasiminə dəvət olunacaq.

Milli.Az