18 illik həsrət bitdi
6 May 2010 12:48
Fransa çempionatında 2009/10 mövsümünün çempionu müəyyənləşib.
Ötən gün keçirilən 36-cı turun oyunlarından sonra Marsel "Olimpik"i Liqa 1-in qalibi adını qazanıb.
Ötən gecə "Renn"i qəbul edən "Olimpik" hesabı 5-ci dəqiqədə açıb. Rəqib qapısına argentinalı müdafiəçi Qabriel Heynze yol tapıb. "Renn"dən Cimmi Bryand 38-ci dəqiqədə tarazlığı bərpa etsə də, 76-cı dəqiqədə bombardirliyə iddialı Mamadou Nyanq marselliləri yenidən hesabda önə keçirib. Bundan cəmi bir dəqiqə sonra Luəo Qonzalez fərqlənərək, "Olimpik"in 18 illik çempionluq həsrətinə son qoyub.
36 oyunda 75 xal toplayan "Olimpik" 67 xalı olan "Lill" və "Oser"i 8 xal qabaqlayır. Bu isə Marsel klubunun vaxtından əvvəl çempion olması deməkdir. "Olimpik" son çempionluğunu 1991-92 mövsümündə qazanmışdı və 18 il idi ki, birinciliyə həsrət qalmışdı.
Sona iki tur qalsa da, artıq Liqa 1-i tərk edəcək klublar da məlumdur. "Le Man", "Bulon" və "Qrenobl" gələn mövsümə aşağı dəstədə başlayacaq.
/Fanat.az/