İkinci dəfə evlənirlər

16 Fevral 2022 19:24

Türkiyəli bloger Selin Ciğerci keçmiş həyat yoldaşı Gökhan Çıra ilə yenidən evlənir.

Milli.Az olay-a istinadən xəbər verir ki, ötən gün ad gününü qeyd edən Gökhan sevgilisinə evlilik təklifi edib.

Selin bu təklifə "hə" deyib. Çıra bu barədə paylaşım edərək həyəcanlı və sevincli olduğunu söyləyib:

"Bu qədər sevildiyimi bilmirdim. Kimi çağırsam, gəldi, sözümü geri çevirmədi. Bu gün ad günümdür. Amma ən önəmlisi həyatımın qadını "hə" dedi".

Milli.Az