Ermənistan vətəndaşının Azərbaycana deportasiyasının qarşısı alınıb

16 Fevral 2022 16:54

Ermənistan Baş Prokurorluğu ölkə vətəndaşının Rusiyadan Azərbaycana deportasiyasının qarşısını alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycanda doğulmuş erməni Rusiyada inzibati qaydaları pozub, buna görə onun ölkədən deportasiyası barədə qərar verilib.

Məhkəmə qərarında səhvən onun Azərbaycan vətəndaşı kimi göstərilməsinə görə, Ermənistan vətəndaşının Bakıya deportasiyası riski yaranıb.

Ermənistan tərəfinin müraciətindən sonra Rusiya tərəfi qərara dəyişiklik edib və o, Ermənistana deportasiya edilib.

Milli.Az