Ötən il ərzində qadın sürücülər tərəfindən törədilmiş ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Milli.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, həmin qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb:
"Ölümlə nəticələnən qəzalardan cəmi 1-i sürücülük təcrübəsi 10 ildən yuxarı olan qadın sürücü tərəfindən törədilmişdirsə, digər hadisələr sürücülük təcrübəsi 9 ilədək olan qadın sürücülərin təqsiri səbəbindən baş verib".
Milli.Az