Nigar Camaldan Nadir şərhi

16 Fevral 2022 13:24

Avroviziya 2011 qalibimiz Nigar Camal builki təmsilçimiz Nadir Rüstəmli barədə fikirlərini bölüşüb.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi onun yarışmaya uyğun olduğunu bildirib:

"Hələ "Səs"də qalib olmadan öncə demişdim ki, onun görüntüsü Avroviziya üçündür. 2022-ci ildə bu oğlan gedəcək. Qəşənq mahnı seçsələr və ona oxşar yarışmaçı olmasa, yaxşı yer tuta bilərik".

Qeyd edək ki, N.Rüstəmlinin ölkəmizi bu il Avroviziyada təmsil etməsi xəbəri İTV-nin canlı yayımında açıqlanıb.

Milli.Az