O fotodakı şəhid anası dünyasını dəyişdi - FOTO

16 Fevral 2022 11:06

Birinci Qarabağ müharibəsində şəhid olan Qasımov Bəhram Həmid oğlunun anası İltima Qasımova vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Bəhram Qasımov 1992-ci ildə Ağdam rayonun Abdal-Gülablı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidimizin anası 2019-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə keçirdiyi görüşdə iştirak etmişdi. Görüşdə şəhid anası ilə Prezidentin birgə çəkilmiş fotosu rəğbətlə qarşılanmışdı.

Milli.Az