“Cennet mahallesi”ndəki ev 2 milyona satıldı

16 Fevral 2022 14:24

"Cennet mahallesi" serialında "Ferhat"ın yaşadığı 4 mərtəbəli tarixi ev satılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 1900-cü illərdə tikilən ev 2 milyon 800 min lirəyə (təxminən 350 min 280 manat) alınıb.

Əmlakı tanınmış şəxsin aldığı deyilir.

Qeyd edək ki, ekran işində "Ferhat" obrazını müğənni Alişan canlandırıb.

Milli.Az