“Mahkum”un “savcı Tahir”i evlənir - FOTO

16 Fevral 2022 15:12

Məşhur türkiyəli aktyor Anıl İlter voleybolçu Sinem Yıldızla ailə qurmağa hazırlaşır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Mahkum" serialındakı "savcı Tahir" obrazı ilə sevilən aktyor sevgilisi ilə evlənməyə qərar verdiklərini açıqlayıb:

"Bizim çox yaxşı münasibətimiz var. Hələ gün təyin etməmişik, amma əlaqəmizi evliliklə taclandıracağıq".

2019-cu ildə 10 illik həyat yoldaşından boşanan və bir qız atası olan Anıl İlter ikinci dəfə nikah masasına oturacaq.

Milli.Az