Türkiyədə yüksək sürətlə hərəkət edən avtomobil qoyun sürüsünə girib - VİDEO

16 Fevral 2022 13:54

Türkiyənin Hatay vilayətinin Antakya rayonunda minik avtomobili qoyun sürüsünü vurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb.

Eyni zamanda, insident nəticəsində 56 kiçik buynuzlu heyvan tələf olub.

Milli.Az