“Stels-omikron”da yeni mutasiya aşkar edildi

16 Fevral 2022 11:18

Danimarkalı alimlər koronavirusun "Stels-omikron" ştammının ORF3a zülalında yeni mutasiya aşkar ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tədqiqatçıların fikrincə, BA.2 ştammının həmçinin "Stels-omikron" kimi tanınan yeni variantı Danimarkada bütün infeksiyaların təxminən 24 faizini təşkil edir.

Bu dəfə dəyişikliklər ORF3a zülalında baş verib. Belə ki, o, hüceyrələrdə iltihablı reaksiyalara səbəb olur və həmçinin virusun insan hüceyrəsi daxil olmasında cavabdehdir.

Milli.Az