“Eşitdiyimizə yox, gördüyümüzə inanırıq” - Ukrayna XİN

15 Fevral 2022 22:29

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya bölmələrinin sərhəddən geri çəkilməsi məlumatı ilə bağlı paylaşım edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, nazir Tvitter səhifəsində yazıb:

"Rusiyanın bəzi qüvvələrinin Ukrayna sərhədindən çıxarılması ilə bağlı bəyanatları haqda. Ukraynada bir qaydamız var: eşitdiyimizə inanmırıq, gördüyümüzə inanırıq. Bu bəyanatlardan sonra real geri çəkilmə olarsa, biz real deeskalasiyanın başlanğıcına inanacağıq".

Milli.Az