"Dərsdə məni qucaqlayıb öpürdü" - pedofil piano müəllimi saxlanıldı

15 Fevral 2022 15:44

Moskva polisi pedofillikdə şübhəli bilinən piano müəllimini saxlayıb.

Milli.Az REN TV-ə istinadən xəbər verir ki, o, doqquz yaşlı tələbəsinə qarşı seksual hərəkətlər etməkdə şübhəli bilinib. 41 yaşlı müəllimin qanunsuz hərəkətləri barədə qızın atası məlumat verib. Uşaq iddia edir ki, pedofil olduğu iddia edilən şəxs dərs zamanı ona təcavüz edib, qucaqlayıb öpüb, həmçinin qucağına qoyub. Faktla bağlı cinayət işi başlanıb.

Anar Əli
Milli.Az