Bacısının xəstəliyinə dözməyən qardaş özünü öldürdü
6 May 2010 12:55
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, şəhər sakini 35 yaşlı Elçin Qəhərəmanov özünü atasının evində asıb. Mərhumun meyiti mayın 5-də saat 11:00 radələrində evin aynabəndində asılmış vəziyyətdə aşkar edilib.
Mərhum özünə ailə vəziyyəti ilə bağlı qəsd edib. E.Qəhrəmanovun bacısı xərçəng xəstəliyindən əziyyət çəkir. Onun ağrı-acısına dözə bilməyən qardaş özünü öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az