Sumqayıtda ata qızını boğaraq öldürdü

15 Fevral 2022 14:08

Sumqayıtda qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin "Tuq zavod" yaşayış massivində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Cəfərova Zəminə Salam qızı aralarında olan münaqişə zəminində atası tərəfindən naqillə boğularaq öldürülüb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Qətli törətməkdə şübhəli bilinən ata saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Milli.Az