Məsciddə namaz zamanı oğurluq edildi - VİDEO

15 Fevral 2022 12:26

Qazaxıstanın Şımkənt şəhərindəki məscidlərdən birində namaz zamanı oğurluq edilib.

Milli.Az bildirir ki, şəhər polis idarəsindən verilən məlumata görə, namaz qılan şımkəntlinin smartfonunu oğurlayan şəxs artıq tutulub.

Polis oğrunu məsciddəki videomüşahidə kameralarının görüntülərini araşdırandan sonra tutub.

O, 30 yaşlı Şımkənt sakinidir.

Milli.Az