Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder reper Kanye Uest sevgilisi Culiya Foksdan ayrılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə iddiaları reperin instaqram səhifəsində Culiya ilə olan bütün fotoları silməsi təsdiqləyib. Bundan başqa, Kanye ailəsinə qovuşmaq istədiyini bildirən bir çox paylaşım edib.
Xarici mətbuatın məlumatına görə, ayrılıq Kanyenin övladları ilə "Super Bowl 2022"ə qatılmasından sonra baş verib.
Bunun ardından Culiya sosial media hesabında paylaşım edərək xəbərləri doğrulayıb. O, Kanye ilə dost kimi ayrıldığını bildirib.
Qeyd edək ki, Culiya hazırda həyat yoldaşı Pyotr Artemiyevdən boşanır. Cütlüyün Valentin adlı bir oğlu var.
Milli.Az