Azərbaycanda 82 yaşlı kişi intihar etdi

15 Fevral 2022 11:20

Gəncədə intihar hadisəsi baş verib.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan 82 yaşlı Qəzənfər Musayev özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az