Tətilə gedib, karantinə alındılar

15 Fevral 2022 17:06

Blogerlər Elmira Namazova və Tural Namazov növbəti səyahətə yollanıblar.

Milli.Az olay-a istinadən xəbər verir ki, onlar gəzinti və çəkiliş üçün bu dəfə Taylandı seçiblər. Lakin qaldıqları hoteldə korona testi verən cütlüyün başına iş gəlib.

Belə ki, E.Namazovanın "Covid-19" testi pozitiv çıxıb, onlar 10 gün karantinə alınıblar. Cütlük yenidən koronavirus testi tələb ediblər.

Milli.Az