Atasını güllələyərək öldürdü

15 Fevral 2022 09:30

Tovuzda oğul atasını güllələyərək öldürüb.

Milli.Az bildirir ki, hadisəni əslən Tovuz rayonundan olan Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Ceyhun Əliyev törədib.

O, ov tüfəngi ilə atası, 1947-ci il təvəllüdlü Qamət Əliyevi güllələyərək qətlə yetirib.

C.Əliyevin psixoloji problemlərinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az