Kıvanç Tatlıtuğun hamilə arvadının paylaşımı gündəm oldu - FOTO

15 Fevral 2022 13:20

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğun həyat yoldaşı Başak Dizerin yeni paylaşımı izləyiciləri sevindirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hamiləliyin çox yaraşdığı deyilən Başak Dizerin qarın fonunda yeni fotosu çox sayda bəyənmə qazanıb.

6 il əvvəl evlənən cütlüyün oğularının dünyaya gələcəyi xəbəri yayılandan, bir çox brend markalardan cütlüyə uşaq üçün reklam təklifi gəlib.

Milli.Az