“Ukraynaya qarşı “müharibə” başlayıb” - Rabinoviç

15 Fevral 2022 16:50

Ukrayna Ali Radasının "Həyat naminə - müxalif platforma" Partiyasının deputatı Vadim Rabinoviç Qərbin Ukraynaya qarşı "müharibə"yə başladığını açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə deputat sosial şəbəkə hesabında yazıb.

"Müharibə başlayıb! Ancaq Ukraynaya qarşı müharibəni məhz Qərb aparır! Hazırda Qərb tərəfdaşlarımızın etdiyi hər şey - vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə etmək, diplomatlarını çıxartmaq, investorların getməsi, hava əlaqəsinin dayandırılması - bütün bunlar ən güclü sanksiyalara bərabərdir", - deyə o bildirib.

Milli.Az