Koronavirusdan ölənlərin sayı 6 milyona yaxınlaşır

15 Fevral 2022 08:43

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 410 milyonu, ölənlərin sayı isə 5,81 milyonu keçib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, ÜST virusa 410 565 868 yoluxma və 5 810 880 ölüm barədə məlumat alıb. Ötən gün ərzində yoluxanların sayı 1 655 868 nəfər, ölənlərin sayı 8 654 nəfər artıb.

Milli.Az