Rusiyanın Ukraynanı işğal etmək üçün səbəbi yoxdur - Polyanski

15 Fevral 2022 08:33

Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin müavini deyib ki, Rusiyanın Ukraynanı işğal etmək üçün heç bir səbəbi yoxdur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Böyük Briataniya telekanallarından birinə müsahibəsində deyib. O bəzi Qərb mediasının Rusiayanın fevralın 16-da Ukraynanı işğal edəcəyi ilə bağlına sualını cavablandırıb:

"Bildiyim qədər, yox və mən bunun üçün heç bir səbəb görmürəm",- deyə o. cavab verib.

Diplomat əlavə edib ki, bu tarixdən yalnız Amerika mediası danışır. "Bu, çox gülünc və qəribədir", - deyə o, fikrini yekunlaşdırıb.

Polyanski bildirib ki, Rusiya Ukrayna ətrafındakı vəziyyətlə bağlı davranışını heç bir şəkildə dəyişməyib, sadəcə olaraq Qərb ölkələrinin mövcud vəziyyətlə bağlı təsəvvürü dəyişib.

Milli.Az