YouTube-un işində fasilələr yaranıb

15 Fevral 2022 08:13

ABŞ-da "YouTube" onlayn videohostinqinin işində problemlər müşahidə olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, fasilələr barədə məlumat verən istifadəçilərin əksəriyyəti videoya baxmaqda çətinlik çəkir (58 faiz). Digər 23 faiz saytla bağlı problemləri qeyd edir, 18 faiz isə tətbiqin işindən şikayət edir.

Milli.Az