Türkiyədə koronavirusdan 266 nəfər ölüb

14 Fevral 2022 22:40

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 266 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "twitter" səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 438 min 553 nəfərin test edildiyi, 76 min 632 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 74 min 936 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Milli.Az