Məşhur cütlüyün ikinci övladı olacaq - FOTO

14 Fevral 2022 20:42

"Taxt oyunları" serialının ulduzu Sofi Törner və müğənni həyat yoldaşı Co Conasın ikinci övladı dünyaya gələcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük Los-Ancelesdə küçədə gəzərkən paparatsilərə tuş gəlib. Aktrisanın qarnı diqqətdən yayınmayıb. 

Qeyd edək ki, ikili 2019-cu ildə evlənib. Sofi ilə Conun ötən il Villa adlı bir qızı olub. Aktrisa onu mediadan gizli saxlamağa çalışır.

Milli.Az