Mobil telefon ustanın əlində partladı - VİDEO

14 Fevral 2022 17:24

Türkiyənin Qaziantep şəhərində mobil telefon onu təmir edən ustanın əlində partlayıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Məlumata əsasən, partlayış ustanın mobil telefonun şişən batareyasını çıxartmaq istəyərkən baş verib.

İnsident nəticəsində ustanın əlindən kiçik xəsarət aldığı bildirilib.

Milli.Az