Bakıda uşaq bağçası qarət edildi

14 Fevral 2022 15:20

Bakıda uşaq bağçası qarət olunub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə fevralın 3-də Yeni Yasamal yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd noutbukun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri B.Bağırov və C.Qarayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az